EN

Rumıniya xəstəxanasının morqundan üç amputasiya edilmiş ayaq oğurlanib

Rumıniya

Rumıniyanın Buxarestdəki Cantacuzino xəstəxanasının morqundan, üç amputasiya edilmiş ayaq oğurlanıb. Hadisə 10 yanvar tarixində baş verib, lakin xəstəxana rəhbərliyi yalnız 13 yanvar tarixində polisə müraciət edib. Polis, videomüşahidə kameralarından əldə edilən görüntülərə əsasən, oğurluq edən kişinin üzündə maska, qara geyim və idman şalvarı olduğunu müəyyən edib. O, morqdan iki torba götürüb, bunlardan birində amputasiya edilmiş ayaqlar olub. Bir torba xəstəxananın girişində, digər ayaq isə yaxınlıqdakı küçədə tapılıb.Polis cinayətkarı bir neçə gün sonra yaxalayaraq dindirib. Dindirilmə zamanı kişi, plastik şüşə oğurlamaq və onları təkrar emala vermək niyyətində olduğunu, torbaların içindəkiləri bilmədiyini bildirib.Xəstəxana isə, amputasiya edilmiş üzvlərə qarşı laqeyd münasibətə görə 885 avro məbləğində cərimə olunub. Xəstəxana rəhbərliyi, morqun niyə bağlı olmadığı barədə öz araşdırmasını aparır.Səidə Mustafa

Diqqət Çəkənlər

Atatürk Mərkəzində "Çağdaş Dünya Rəssamları" adlı kataloqun təqdimatı keçiriləcək

AR Səhiyyə Nazirliyi: Azərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı aşkarlanıb

Kreml: Rusiya və İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq sazişi imzalanib

Chosen
5
ulusum.az

1Sources