"Mançester Siti"nin müdafiəçisi Kayl Uoker "Milan"a transfer olmaq barədə razılığa gəlib.
90deqiqe.Az-ın məlumatına görə, yaxın iki gündə ingilis müdafiəçinin transferi ilə bağlı danışıqların yekun mərhələsi baş tutacaq.
Xatırladaq ki, Kayl 2017-ci ildən “Mançester Siti”də çıxış edir. Ümumilikdə müdafiəçi vətəndaşların heyətində 319 matçda iştirak edib, 6 qol vurub və 23 məhsuldar ötürmə edib. 34 yaşlı futbolçunun klubla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub və onun transfer dəyəri on milyon avro qiymətləndirilir.