"Bu gün biz yaxşı oynadıq”.
İdman.biz xəbər verir ki, bunu NTD basketbol klubunun baş məşqçisi Tahir Baxşıyev deyib.
O, Azərbaycan çempionatında “Abşeron”la (87:77) qarşılaşmanı şərh edib. Baxşıyev bildirib ki, güclü rəqibə qarşı oynayıblar: “Oyuna yaxşı nəzarət etməyimiz məni sevindirir. Xüsusilə matçın sonunda. Oyun ritmini itirmədik. Oyunda az səhvlərə yol verdik. Bu çox yaxşıdır. Məşq edəcəyik, hazırlaşacağıq və inkişaf edəcəyik. Ümid edirəm ki, gələcəkdə bizi daha çox qələbələr gözləyir".
Qeyd edək ki, bu, NTD-nin 11-ci oyunda ikinci qələbəsi olub.
İdman.biz