ABŞ lideri Donald Trampın ilk prezidentlik dövründə keçmiş müşaviri Con Bolton deyib ki, seçilmiş dövlət başçısı Ukraynadakı münaqişəyə ən qısa zamanda son qoymaq istəyir.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Yaponiyanın NHK telekanalına müsahibəsində deyib:
“Tramp vəzifəyə gəldikdən sonra münaqişəni mümkün qədər tez bitirmək istəyir və o, nizamlanmanın hansı formada olacağına əhəmiyyət vermir”.
Bolton əlavə edib ki, Trampın münaqişənin həlli formatına əhəmiyyət verməməsi Ukrayna üçün pis xəbərdir.
Polşanın keçmiş baş naziri Leşek Miller ABŞ-ın yeni seçilmiş prezidentinin Nobel mükafatı naminə sülhə nail olmaq istədiyini irəli sürüb.
Bizim.Media