EN

Əsirlər Komitəsi və Fələstin Əsirlər Cəmiyyəti birgə hesabat hazırladı

Yanvarın 15-də "Həmas" ilə İsrail arasında elan edilən və bazar günü qüvvəyə minməsi gözlənilən əsir mübadiləsi və atəşkəs razılaşması, İsrail ilə fələstinli qruplar arasında əsir mübadiləsi razılaşmalarının tarixi gedişatını yenidən gündəmə gətirib.

Fələstin Azadlıq Təşkilatına (FAT) tabe olan Əsirlər Komitəsi və Fələstin Əsirlər Cəmiyyətinin hazırladığı birgə hesabatda, bu günə qədər Fələstin və israilli qruplar arasında 40-a yaxın əsir mübadiləsinin həyata keçirildiyi qeyd edilib.

Hesabatda əsir mübadiləsinə dair ilk razılaşmanın 1948-ci ildə əldə olunduğu, razılaşmaların münaqişə illərində davam etdiyi və sonuncu razılaşmanın isə 2023-cü ilin noyabrında əldə edildiyi bildirilir.

2023-cü ilin noyabrında atəşkəsin təmin edilməsi çərçivəsində 71-i qadın, 169-u uşaq və kişi olmaqla ümumilikdə 240 fələstinli əsir azad edilib.



Chosen
14
trt.net.tr

1Sources