EN

Azyaşlının ölümünə səbəb olan avtoqəza ilə bağlı Baş Prokurorluqdan AÇIQLAMA

İmişli şəhəri, Abbasqulu Şadlinski küçəsində Dövlət Yol Polisi avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Baş Prokurorluğunun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Faktla bağı İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Qeyd edək ki, hadisə nəticəsində iki nəfər həyatını itirib, iki nəfər, həmçinin YPX avtomobilinin sürücüsü xəsarət alıb.


Telegram kanalımız
Chosen
4
35
yenisabah.az

10Sources