EN

İmişlidə uşaqların ölümü ilə nəticələnən qəza ilə bağlı cinayət işi başlandı

Bakı. Trend:

İmişlidə ölümlə nəticələnən qəza ilə bağlı cinayət işibaşlanıb.

Trend xəbərverir ki, Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatındadeyilir.

Bildirilib ki, yanvarın 18-də, saat 12:30 radələrində İmişlişəhəri, Abbasqulu Şadlinski küçəsində Dövlət Yol Polisiavtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyathadisəsinin baş verməsi barədə rayon prokurorluğuna məlumat daxilolub.

Hadisə nəticəsində iki nəfər ölüb, əlavə iki nəfər, o cümlədənYPX avtomobilinin sürücüsü xəsarət almışdır.

Faktla bağı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarıqaydalarını pozma ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəbolduqda) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaqaparılır.

Qeyd edək ki, DİN-in məlumatına görə, xidmətə gedən DYPavtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxmasınəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib.Onlardan iki nəfər həlak olub, digər azyaşlılar və sürücüxəstəxanaya çatdırılıb.

Faktla bağlı cinayət işi başlanılıb, polis və prokurorluqorqanlarında araşdırma aparılır.

Chosen
2
1
az.trend.az

2Sources