EN

Holqer Avstraliya Açıq çempionatında 1/8 finala vəsiqə qazanıb

Dünyanın 13-cü pilləsində qərarlaşan danimarkalı tennisçi Holqer Rune 2025-ci il Avstraliya Açıq çempionatının 3-cü raund matçında serbiyalı Miomir Kecmanoviçi (ATP reytinqində 51-ci) məğlub edib.

90deqiqe.Az xəbər verir ki, qarşılaşma 6:7 (5:7), 6:3, 4:6, 6:4, 6:4 hesabı ilə başa çatıb.

Görüş 3 saat 27 dəqiqə davam edib. 

2025-ci il Avstraliya Açıq çempionatının dördüncü turunda Holqer Rune dünyanın bir nömrəli tennisçisi, hazırkı çempion, italiyalı Jannik Sinnerlə oynayacaq.

Chosen
40
4
90deqiqe.az

4Sources