EN

İmişlidəki hadisə ilə bağlı cinayət işi başlandı - Yenilənib

İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətindən "Qafqazinfo”ya bildirilib ki, xidmətə gedən DYP avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib.

Onlardan 2 nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb.

Faktla görə cinayət işi başlanılıb, polis və prokurorluq orqanlarında araşdırma aparılır.

***

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İmişli rayonunda baş verən qəza zamanı dünyasını dəyişən azyaşlılar İmişli RPŞ-nin digər əməkdaşının qardaşı uşaqlarıdır.

Qəzada xəsarət alan yol polis inspektoru ağır vəziyyətdədir. Yaralıların müalicəsi davam etdirilir.

***

Baş Prokurorluğun Mətbuat xidməti hadisə ilə məlumat yayıb.

Bildirilib ki, yanvarın 18-də, saat 12:30 radələrində İmişli şəhəri, Abbasqulu Şadlinski küçəsində Dövlət Yol Polisi avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Qeyd olunur ki, hadisə nəticəsində 2 nəfər ölüb, əlavə 2 nəfər, o cümlədən YPX avtomobilinin sürücüsü xəsarət alıb.

Chosen
18
17
7news.az

10Sources