EN

Cənubi Koreyada Prezidentə dəstək aksiyası keçirildi - 40-dan çox etirazçı saxlanıldı

Cənubi Koreya Prezidenti Yun Sok Yol həbs müddətinin uzadılıb-uzadılmaması ilə bağlı dinləmənin keçirildiyi Qərb Dairə Məhkəməsi qarşısında aksiya keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” agentliyi məlumat yayıb.

Prezidentin tərəfdarları onun həbsdən azad edilməsi tələbi ilə məhkəmənin qarşısında etiraz aksiyası keçiriblər. Polisin məlumatına görə, mitinqdə 44 minə qədər insan iştirak edib.

Aksiyada 40 nəfərdən çox etirazçının saxlanılıdığı bildirilir.


Müəllif: Arzu
Chosen
51
10
teleqraf.com

10Sources