İran silahlı qüvvələrinin xüsusi qolu olan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ali komandanlığı ölkə donanmasının gizli yeraltı bazanı üzə çıxarıb.
Bu barədə SNN agentliyi məlumat yayıb .
“Bu baza təkcə ölkənin dəniz qüdrətinin göstəricisi deyil, həm də donanmanın yarandığı gündən bəri mövcud olan hərtərəfli sanksiyalar üzərində xalqın iradəsinin qələbə çalmasının sübutudur”, - deyə bəyanatda bildirilir.
Qeyd olunur ki, bazanın nümayişində SEPAH-ın Ali Baş Komandanı Hüseyn Səlami iştirak edib. O qeyd edib ki, göstərilən qayıqlar “korpusun döyüş potensialının yalnız kiçik bir hissəsidir”.