Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul vəsaitini oğurlamaqda şübhəli bilinən şəxsin saxlanılma görüntüləri yayılıb. Manset.az Report-a istinadən xəbər verir ki, şübhəli şəxs Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Həmin görüntüləri təqdim edirik: *** 21:46 Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Alıyevə məxsus bank kartından oğurluq faktı üzrə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs müəyyən olunub. Bu barədə Manset.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib. DİN-in Baş idarənin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü İsgəndərov Ayaz Aydın oğlu saxlanılıb. Onun xarici ölkə vətəndaşları ilə əlaqələri müəyyən olunduğundan həmin şəxslər axtarışa verilib. Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.