EN

SON DƏQİQƏ: "Şahdəniz"də baş verən QƏZA ilə bağlı AÇIQLAMA - VİDEO

 

Şahdəniz Alfa platformasındakı texniki nasazlıq uğurla aradan qaldırılıb.

Bizim.Media xəbər verir ki, bunu BP-nin regional istehsal meneceri Ceyms Dunbar AnewZ-ə açıqlamasında bildirib.

“Platformadan hasilatı bərpa edə bilmişik. Sualtı qaz-kondensat ixrac boru kəmərində aşkar edilmiş texniki problem indi tam və təhlükəsiz şəkildə aradan qaldırılıb. Biz növbəti bir neçə gün ərzində istehsalı artırmağa və tam istehsal səviyyəsinə qayıtmağa davam etməyi səbirsizliklə gözləyirik. Bu müddət ərzində biz SOCAR, tərəfdaşlarımız və digər layihə iştirakçıları ilə əməkdaşlığı davam etdirərək, mümkün qədər tez tam hasilatı bərpa etməyə çalışacağıq”, deyə o, qeyd edib.

Xatırladaq ki, BP Şahdəniz qaz-kondensat yatağının operatorudur.


Chosen
1438
bizim.media

1Sources