EN

İmişlidə dəhşətli qəzanın baiskarı kimdir?

Image

İmişlidə məlum faciəli qəzanın görüntüləri hər şeyi sübut edir:

1. Mülki “Mercedes” bir-birindən səki ilə ayrılmış yoldan polis maşınının hərəkət etdiyi əks hərəkət istiqamətli yanaşı yola keçməklə dəhşətli qəzanın ölümcül səbəbinə çevrilib.

2. “Mercedes” sürücüsü qarşıdan işıq və səs siqnalı ilə gələn yol polis maşınını görməli və dayanaraq ona yol verməli idi. Halbuki kadrlardan göründüyü kimi, “Mercedes” heç nəyi gözləmədən çox arxayın şəkildə polis maşınının qarşısına çıxır.

3. Qarşıya çıxan “Mercedes”i vurmamaq üçün polisin xidməti maşınını yoldan qaçırmaqdan başqa çarəsi yox idi. Beləliklə, polis maşını əslində ilk qəzadan və faciədən qaçmaq istərkən başqa qəzanı törətmək zorunda qalıb...

Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb. 

A.Quliyev daha sonra yazır:

Mülki “Mercedes”in əks yola aşkar təhlükəli keçidinin səbəbi mütləq araşdırılmalıdır və yəqin araşdırılır. Şübhəsiz ki, burada müxtəlif variantlar mümkündür. Məsələn,

1-ci variant – “Mercedes”in sürücüsü əks yola diqqətsizlik üzündən təhlükəli şəkildə keçıb. Ehtimal böyükdür.

2-ci variant – “Mercedes”in təhlükəli keçidi və ağır qəza şəraiti yaratması sürücünün sərxoş və ya anlaqsız vəziyyətdə olması ilə bağlı ola bilər. Ehtimal kiçikdir.

3-cü variant – “Mercedes” sürücüsü polis maşınını qəsdlə qəzaya uğratmaq üçün təhlükəli şəkildə əks yola keçib. Ehtimal zəifdir.

Bunlar aydınlaşmadan manipulyasiyalarla çıxış etmək olmaz.

Tahir TAĞIYEV





Chosen
71
baki-xeber.com

1Sources