EN

İmişlidəki qəzada ölən məktəblilər qohum OLUBLAR

Xəbər verdiyimiz kimi, dünən İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, sözügedən rayonun Yalavac kəndində xidmət aparan DYP avtomobili yol kənarında olan İ.Səfərov adına tam orta məktəbin şagirdlərini vurub. Onlardan 2 nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb.

Redaktor.az xəbər verir ki, mətbuat.az hadisə ilə bağlı yeni məlumatlar əldə edib.

Hadisə nəticəsində həlak olan uşaqlar İmişli rayon Yalavac kənd İ.Səfərov adına tam orta məktəbin şagirdləri Mireliyeva Zümrüd Valeh qızı, digəri isə onun qohumudur.
Qəza nəticəsində Zümrüdün xalası qızı da ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Məlumatda o da qeyd edilir ki,Zümrüd Mirəliyeva İmişli Rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisi Rövşən Mirəliyevin qardaşının övladlarıdır.

Qəzada həyatını itirən Zümrüddən başqa ailədə daha 4 qız böyüyürmüş.

Chosen
6
14
redaktor.az

10Sources