HƏMAS Qəzzada atəşkəsə dair razılaşma çərçivəsində İsrailin bu gün azad etməli olduğu 90 məhkumun siyahısını gözləyir.
Publika.az xəbər verir ki, bu barədə HƏMAS-ın yaydığı bəyanatda bildirilir.
Qeyd edilib ki, razılaşmaya əsasən, azadlığa buraxılacaq bir israilli girovun müqabilində 30 fələstinli azadlığa buraxılmalıdır.
Bu gün Qəzza zolağında atəşkəs qüvvəyə minib. Bu, HƏMAS 3 israilli qadın girovu azad edəcəyini açıqladıqdan sonra baş verib.