EN

Fırıldaqçılar indi də özlərini müəllim kimi təqdim edirlər...

...Sankt-Peterburqda telefonla fırıldaqçılıq halları tez-tez baş verir və cinayətkarlar adam aldatmağın yeni üsulları ilə çıxış edirlər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, indi də onlar müəllim adı altında məktəb yaşlı uşaqları olan Peterburq sakinlərinə zəng etməyə başlayıblar.

Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq üzrə Baş İdarəsinin İnformasiya və Kommunikasiya Texnologiyalarının Qanunsuz İstifadəsi ilə Mübarizə İdarəsinin mətbuat xidmətinə xəbərdarlıq edib.

Deməli, fırıldaqçılar məktəb müəllimlərinin məlumatlarından, deepfake texnologiyalarından və birdəfəlik istifadə edilən nömrələrdən istifadə edirlər.

Onlar şəhər sakinlərinə zəng edərək elektron məktəb jurnalında məlumatların yenilənməsi bəhanəsi ilə onlardan elektron jurnalı doldurmağı xahiş edir, həmçinin “Qosuslugi”dən kodu istəyirlər.

Üstəlik, fırıldaqçılar yetkinlik yaşına çatmayanları cinayət sxemlərinə cəlb edir, o cümlədən valideyndən uşağa məktəbdən çağırılacağı barədə xəbərdarlıq edir, onu aldadaraq kodu almağa cəh edirlər.

Əməliyyatçılar uşaqları xəbərdar etməyə və sayıq olmağa çağırır.

Nazlı Almuradova

Chosen
28
sia.az

1Sources