EN

Qarsda “Heydər Əliyev Təhsil Mərkəzi”də Azərbaycan icması ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad MuradovTürkiyəyə səfəri çərçivəsində Qars şəhərində olub.

Trend xəbər verirki, əvvəlcə Heydər Əliyev adına parkda Ümummilli Liderin abidəsiziyarət olunub, xatirəsi ehtiramla yad olunub və abidə önünə güldəstələri qoyulub. Ardınca komitə sədri Qars Qafqaz Universitetininrektoru Hüsnü Kapu ilə görüşüb.

Görüşdə ali təhsil ocağının fəaliyyəti, eləcə də burada çalışanazərbaycanlı müəllimlər və təhsil alan soydaşlarımız barədə ətraflıməlumat verilib. Universitetə Azərbaycanın tarix və mədəniyyətinunrəmzi olan hədiyyələr təqdim olunub.

Komitə sədri daha sonra Qars Qafqaz Universitetinin nəzdindəki“Heydər Əliyev Təhsil Mərkəzi”nin fəaliyyətilə yaxından tanış olub,universitetin azərbaycanlı müəllimləri və icma üzvləri iləgörüşüb.

Görüşdə Azərbaycanın Qars şəhərindəki Baş Konsulu Zamin Əliyeviştirak və çıxış edib, bu görüşü Azərbaycan dövlətinin xaricdəyaşayan soydaşlarımıza yüksək diqqəti kimi qiymətləndirib.

Universitetin rektoru qonaqları salamlayıb, iki ölkə arasındakımüxtəlif sahələrdə əməkdaşlığın inkişafına diqqət çəkib, mərkəzinişi barədə məlumat verib.

Komitə sədri ölkəmizin diaspor siyasətindən və belətoplantıların əhəmiyyətindən danışıb, azərbaycanlı alim vəpedaqoqların Türkiyə elminə verdikləri töhfələri, yeni nəslinyetişdirilməsindəki əvəzsiz xidmətlərini yüksək qiymətləndirib.Eyni zamanda komitənin elmi mübadilə, tələbə mübadiləsi və kitabçapı sahəsində universitetə töhfələr verə biləcəyi nəzərəçatdırılıb, ali təhsil ocağının kitabxanasına ölkəmizin tarixi vəmədəniyyəti ilə bağlı kitablar hədiyyə olunub.

Görüşdə həmçinin görkəmli dövlət xadimi Heydər ƏliyevinAzərbaycan elminin uğurlu inkişafı sahəsindəki xidmətlərindən bəhsedilib, ölkədə və xaricdə yaşayan elm adamlarına Azərbaycandövlətinin və Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı birdaha nəzərə çatdırılıb.

Görüşdə xaricdə yaşayan azərbaycanlı alimlərin forumlarınıntəşkili, yaradılan ortaq müzakirə platformaları, ana dilimizinqorunması, Azərbaycanla bağlı həqiqətlərin təbliği və s. barədədanışılıb, azərbaycanlı alimlərin dünya elminin inkişafı yolundaqazandıqları uğurlar dilə gətirilib.

Sonda Türkiyənin Qars Qafqaz Universitetinin xarici əlaqələrşöbəsinin rəhbəri, Qafqaz və Orta Asiya Tədqiqat Mərkəzinin vəqeyri-üzvü kimya kafedrasının müdiri, professor Hacalı Nəcəfova“Diaspor fəaliyyətində xidmətə görə” AR medalı təqdim edilib.Professor yüksək medala layiq görülməsinə və göstərilən diqqətəgörə Prezident İlham Əliyevə minnətdarlığını bildirib, bu əlamətdarhadisəni Azərbaycan elminə və alimlərinə göstərilən dövlətqayğısının bariz nümunəsi adlandırıb.

Qarsda
Qarsda
Qarsda
Qarsda
Qarsda
Chosen
20
20
az.trend.az

10Sources