EN

Vüsal İsgəndərli İğdırda 61 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərli Türkiyənin “Boluspor” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2024/2025-ci illər mövsümünün 20-ci turu çərçivəsində baş tutan “İğdır”la oyunun iştirakçısı olub.

“Boluspor” səfərdə baş tutan bu oyundan qələb ilə ayrılıb – 1:0.

İsgəndərli bu oyuna start heyətdə başlayıb və 61-ci dəqiqədə əvəzlənib. Onun komandası isə qələbə qolunu 90+2-ci dəqiqədə vurub.

“Boluspor” 20 oyuna topladığı 31 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Vüsalın komandası 20 oyunda 9 qələbə qazanıb, 4 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Vüsal İsgəndərli “Boluspor”a 2024-cü ilin yanvar ayında Albaniyanın “Eqnatiya” klubundan 150 min avroya transfer olunub. Onun Türkiyə klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var. Azərbaycanlı futbolçu Bolu təmsilçisində 23 matça çıxıb, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

İsgəndərli daha öncə “Şamaxı”, “Zirə”, “Sumqayıt”, “Ankara Keçiörengücü”, “Eqnatiya” və “Simurq”da da forma geyinib. 2019-cu ilin noyabrında Azərbaycan millisində debüt etmiş 29 yaşlı hücumçu meydana çıxdığı 5 oyunda fərqlənə bilməyib.

Chosen
16
arena.az

1Sources