EN

Mehriban Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar sosial şəbəkə hesablarında paylaşım edib.

Paytaxt.org xəbər verir ki, Mehriban Əliyeva paylaşımında şəhidlərin xatirəsini ehtiramla yad edərək, bu sözləri qeyd edib: "20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin!"

20 Yanvar faciəsi xalqımızın tarixində azadlıq və müstəqillik uğrunda mübarizənin simvolu kimi hər zaman xatırlanır.

Hər il olduğu kimi, bu il də 20 Yanvar şəhidlərinin xatirəsi böyük ehtiramla anılır və onların fədakarlıqları Azərbaycan xalqının milli yaddaşında əbədi olaraq yaşayır. 

 

Screenshot_3.png

Chosen
12
49
paytaxt.org

10Sources