EN

Dövlət rəsmiləri Şəhidlər xiyabanını ziyarət etdi

Milli Məclisin deputatları və işçi heyəti Şəhidlər xiyabanını ziyarət ediblər.

Turkustan.az xəbər verir ki, onlar şəhidlərin xatirəsinə dualar oxuyub, məzarları üzərinə əklil qoyublar.

***

09:45

Azərbaycan Prezidentinin yanında Təhlükəsizlik Şurasının sədri Ramil Usubov, Azərbaycan Prezidentinin yanında Təhlükəsizlik Şurasının sədr müavini Mədət Quliyev və Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Şəhidlər xiyabanını ziyarət edib.

Onlar şəhidlərin məzarı üzərinə əklilər qoyub, ruhlarını yad ediblər.

***

09:24

Azərbaycanın Baş naziri Əli Əsədov və Milli Məclisin sədri Sahibə Qafarova 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

Onlar faciə qurbanlarını yad edib, şəhidlərin məzarları üstünə qərənfillər düzüblər.

Qeyd edək ki, Azərbaycan xalqının azadlıq mübarizəsinə qalxdığı və qanlı tarix yazdığı səhifələrdən biri olan 20 Yanvar hadisələrindən 35 il ötür./teleqraf.com

Chosen
18
23
turkustan.az

10Sources