EN

Səlçuk Karakılıç: "Türkiyədə də musiqi proqramları təxirə salınsın"

Türkiyənin Yunus Əmrə İnstitutunun sabiq Bakı nümayəndəsi Səlçuk Karakılıç 20 Yanvar faciəsi ilə bağlı fikirlərini bölüşüb.

Teleqraf.com xəbər verir ki, Səlçuk Karakılıç bu sözləri deyib:

"20 Yanvar qardaş ölkəmiz Azərbaycan üçün hüzn günüdür. 1990-cı il yanvarın 20-də Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizi ehtiramla yad edirik. Bu ağrılı və hüznlü gündə olduğu kimi Türkiyə hər zaman qardaş Azərbaycanın yanında olub və bundan sonra da hər cür şəraitdə olacaq. Çox istərdim ki, bundan sonra, yanvarın 20-də Türkiyədə vokal sənətçiləri konsertlərini və ya musiqi proqramlarını bir gün sonraya təxirə salsınlar. Sənət adamlarımız da bu hüzn günündə Azərbaycan xalqının dərdinə şərik olmalı, şəhidlərimizi yad etməlidir. Allah şəhidlərə rəhmət eləsin! Azərbaycan mənim ürəyimdə şah damarıdır”.


Müəllif: Teleqraf.com
Chosen
5
teleqraf.com

1Sources