EN

20 Yanvar şahidi Reza Deqati: Bütün riskləri gözə aldım... FOTOLAR 

20 Yanvar faciəsinin baş verdiyi o qanlı, müdhiş gündən bizi 35 illik bir zaman ayırır. 35 ildir ki, xalq olaraq bu faciəni unutmuruq, unutdurmuruq. Filmlərdə, fotolarda, xatirələrdə canlanan o hadisə biz var olduğumuz müddətcə də xalqın yaddaşından silinməyəcək.
 
Həmin hadisələrin baş verdiyi günlərdə məşhur fotojurnalist Reza Deqati Moderator.az- a bunları danışdı: 
 
"1990-cı ildə Parisdə idim. 20 Yanvar faciəsi ilə bağlı eşitdikdən sonra Bakıya gəlmək üçün bütün riskləri gözə aldım. Moskvadan gələn qatarda gizlənərək, Bakıya gəldim və burada bir neçə gün qaldım, şahidi olduğum bütün hadisələrin fotoşəkillərini çəkdim. Sonra Parisə qayıtdım və baş verənləri bütün dünyaya çatdırdım. 
Bəzən bir insanın hərəkətə keçməsinin önəmli təsiri ola bilər. 20 Yanvar faciəsi ilə bağlı çəkdiyim fotoşəkillər və onların hekayələrini sizinlə bölüşmək istəyirəm". 
 
 
 
 
 
 
Chosen
10
moderator.az

1Sources