Ander Errera “Atletik”dən ayrılıb.
O, İspaniya klubu ilə müqaviləsini qarşılıqlı razılıq əsasında pozub. 35 yaşlı yarımmüdafiəçi rəhbərlikdən bunu özü xahiş edib. Bilbao klubu onun xahişini yerə salmayıb. Ander “Atletik”də 2022-ci ildən çıxış edirdi.
O, karyerasını Argentinada davam etdirəcək. Errera artıq “Boka Xuniors” ilə anlaşıb. Paytaxt klubu ona görə “Atletik”ə təzminat ödəməyəcək.