EN

Ceyhun Bayramovdan Eritreyada saxlanılan Azərbaycan gəmiləri ilə bağlı AÇIQLAMA

"Eritreyada saxlanılan gəmilərimizlə bağlı qarşı tərəflərlə danışıqlar davam edir".
 
Moderator.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
 
O bildirib ki, Ankara və Moskva səfirlikləri vasitəsilə danışıqlar davam edir:
 
"Əlavə edim ki, danışıqlarda müsbət irəliləyişlər müşahidə olunur. Bildiyiniz kimi, nə Azərbaycanın Eritreyada, nə də Eritreyanın Azərbaycanda diplomatik təmsilçiliyi var. Ancaq əlaqələndirilmiş şəkildə Azərbaycanın Xarici İşlər Nazirliyi, Yüksək Texnologiyalar və Nəqliyyat Nazirliyi, Xəzər Dəniz Gəmiçiliyi ilə birgə əlaqələndirilmiş şəkildə müxtəlif diplomatik missiyalarımız vasitəsilə fəaliyyətdəyik, qarşı tərəflə danışıqlar gedir".
 
Xatırladaq ki, Azərbaycana məxsus üç gəmi heyəti ilə birlikdə Afrikada, Eritreya sahillərində saxlanılıb.
 
Chosen
2
moderator.az

1Sources