EN

Tərk edilən körpələr bacı-qardaş çıxdı

İngiltərənin paytaxtı Londonda müxtəlif illərdə küçələrə atılan üç körpənin bacı-qardaş olduğu ortaya çıxıb. 

“Cebheinfo.az” xəbər verir ki, onların ailələrini tapmaq üçün mükafat təklif edilib.

Belə ki, İngiltərənin paytaxtı Londonun Nyuham səmtində son 7 ildə 3 körpənin atılması ilə bağlı araşdırma edilib. 

Hər üç körpənin qardaş-bacı olduğu, həmçinin eyni ana və atadan doğulduğu müəyyən edilib. 

Polis ailəni tapmağa kömək edəcək məlumat üçün 20 min funt-sterlinq mükafat təklif edib. 

İlk körpə 2017-ci ilin sentyabrında parkda ədyala bükülmüş halda tapılıb. Onun adını Harri qoyublar. 

İkinci körpə Roman 2019-cu ilin fevralında başqa bir parkda oxşar şəkildə tapılıb. O, alış-veriş çantasının içində tərk edilib. 

2024-cü ilin yanvar ayında isə eyni ərazidə yenidən alış-veriş çantasına bükülmüş üçüncü körpə tapılıb.

Körpəni itini gəzdirən bir qadın tapıb. Şaxtalı havada tapılan körpə qıza "Qar kraliçası Elza"nın adı verilib. 

Körpələrin anasının zorakılığa məruz qalan qadın və ya uşaq olması ehtimal edilir. Səlahiyyətlilər ananın yaşadığı ehtimal edilən əraziləri açıqlayıb. 

Bu ərazidə yaşayan sakinlərdən hamiləliyindən şübhələndikləri və vəziyyətindən narahat olduqları qadınlar barədə məlumat vermələri xahiş olunub.

Chosen
19
cebheinfo.az

1Sources