Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl son açıqlaması ilə diqqət mərkəzinə düşüb.
"Cebheinfo.az" xəbər verir ki, siyasətçi növbəti dəfə növbədənkənar prezident seçkilərinin keçirilməsini təklif edib.
O, artıq CHP-nin prezidentliyə namizədinin bəlli olduğunu deyib:
"Qorxun yoxdursa, gətir sandığı millətin cavabını al. Millət nə deyirsə, o olsun. Hodri meydan! Mənim partiyam hazırdır, mən hazıram. CHP hər şeyi ilə seçkiyə hazırdır, prezidentliyə namizədimiz də bəllidir. Çıxın qarşımıza, alın cavabınızı".