“QarabaÄŸ”ın UEFA Avropa Liqasındakı növbÉ™ti rÉ™qibi FCSB klubunun heyÉ™tindÉ™ ciddi itkilÉ™r var.
Fanat.Az xəbər verir ki, bunu Rumıniya klubunun idman direktoru Mihay Stoyka açıqlayıb.
"Sport.ro" klub funksionerinin zədəli futbolçularının durumu ilə bağlı dediklərini belə çatdırıb:
"Antalya toplanışında zədələnərək 3 aylıq sıradan çıxan Darius Olaru kimi, Oktavian Popesku da azı 2 ay oynamayacaq. Düzdür, ilk baxışdan zədə ciddi görünmür. Amma risk etmək istəmirik. Onun yaxşı formada tam hazır qayıtmasını istəyirik. Popeksunu Aleksandru Musi, Mihay Toma və ya Aleksandru Stoyan əvəzləyə bilər. Bakıda nəticə qazanmaqla yanaşı, ehtiyatlı oynamalıyıq. Çünki üç futbolçumuz sarı vərəqə limitindədir. Ştefan Tarnovanu, Mihai Popesku və Florin Tanase növbəti sarı vərəqəyə görə "Mançester Yunayted"lə oyunu buraxmalı olacaq".
Qeyd edÉ™k ki, “QarabaÄŸ” – FCSB oyunu yanvarın 23-dÉ™ keçirilÉ™cÉ™k.