EN

20 Yanvar azadlıq mübarizəmizin qəhrəmanlıq səhifəsidir

Qəbələ, 20 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

20 Yanvar Azərbaycan xalqının azadlıq və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Həmin gün öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Azərbaycan xalqı öz igid övladlarının fədakarlığını həmişə yüksək qiymətləndirir, müstəqilliyə və azadlığa qovuşmaq üçün canlarından keçən qəhrəman Vətən övladları ilə fəxr edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qanlı Yanvar faciəsinin otuz beşinci ildönümü ilə əlaqədar yanvarın 20-də Qəbələ Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ayrı-ayrı əmək kollektivlərinin, ictimaiyyətin nümayəndələri, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları və qazilər, rayon sakinləri Qəbələ şəhərindəki Şəhidlər xiyabani kompleksini ziyarət edib, “Əbədi məşəl”in önünə, burada uyuyan şəhidlərin məzarları üzərinə və xatirə lövhələrinin qarşısına gül dəstələri düzüb, şəhidlərin ruhuna dualar oxuyublar.

Saat 12-də rayonun bütün ərazisində qəhrəman Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Chosen
7
azertag.az

1Sources