EN

Qvardiola "Barselona"nın ulduzunu istəyir

"Barselona"nın braziliyalı vingeri Rafinya "Mançester Siti"nin futbolçusu ola bilər.

Publika.az xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb.

Mənbənin sözlərinə görə. 28 yaşlı futbolçu "Siti"nin baş məşqçisi Pep Qvardiolanın komandasında görmək istədiyi oyunçulardan biridir.

İngiltərə klubu üçün bu keçidi reallaşdırmaq çətin olacaq. Çünki İspaniya nəhənginin futbolçunu təxminən 100 milyon avroya buraxacağı gözlənilir.

Chosen
43
26
publika.az

10Sources