EN

Məşhur futbolçuların sosial şəbəkə vasitəsi ilə reklamdan əldə etdikləri gəlir bəlli olub

Məşhur futbolçuların instaqram sosial şəbəkəsində reklamlar sayəsində əldə edikləri gəlir bəlli olub.

"Report"un məlumatına görə, bu barədə "Game Set & Match" şirkəti araşdırma aparıb.

Birinci pillədə Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən portuqaliyalı Kriştianu Ronaldu qərarlaşıb. O, bir paylaşımdan 1,4 milyon dollar qazanır.

ABŞ-nin "İnter Mayami" komandasında çıxış edən argentinalı Lionel Messi (1,1 milyon dollar) ikinci, Səudiyyə Ərəbistanı "Əl-Hilal"ına məxsus olan Neymar (615 min dollar) üçüncüdür.

İspaniya təmsilçisi "Real"ın fransalı futbolçusu Kilian Mbappe (383 min dollar) dördüncü yerdədir.

Chosen
15
4
report.az

5Sources