EN

Qazaxda 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilib

Qazax, 20 yanvar, Ruslan Novruzoğlu, AZƏRTAC

Azərbaycan xalqına qarşı törədilmiş 20 Yanvar faciəsindən 35 il ötür. Tarixə Qanlı Yanvar kimi həkk olunmuş bu hadisə xalqımızın azadlıq arzusunu və istəyini boğmaq məqsədilə həyata keçirilmiş ən ağır cinayətlərdən biridir. Bu faciə Azərbaycan xalqının yaddaşına həm kədər, həm də qürur günü kimi həkk olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, respublikamızın hər yerində olduğu kimi, Qazaxda da 20 Yanvar faciəsinin 35-ci ildönümü qeyd edilib. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərimizin xatirəsinə ucaldılmış memorial abidə kompleksinin önünə tər qərənfillər düzülüb.

Qafqaz Müsəlmanları İdarəsinin Qazax bölgə qazısı, Qazax "Cümə” məscidinin imamı İlham Süleymanov torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən Vətən oğullarının ruhlarına yasin oxuyub, şəhidlərimizin ruhuna hörmət və ehtiram ifadə olunub.

Saat 12:00-da şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib, küçələrdə hərəkət dayandırılıb, avtomobillər vasitəsilə səs siqnalları verilib.

Chosen
7
49
azertag.az

10Sources