Bakı. Trend:
20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Rəqəmsalİnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Şəhidlər xiyabanınıziyarət edib.
Nazirlikdən Trend-əbildirilib ki, ölkəmizin azadlığı uğrunda canlarını fəda etmişşəhidlərimizin məzarları üzərinə tər qərənfillər düzülüb, onlarınxatirəsi ehtiramla yad olunub.
Qeyd edək ki, bu gün Azərbaycanda 20 Yanvar faciəsinin 35-ciildönümüdür.
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizətarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il yanvarın20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanıntəcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlarahavadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarınaçıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinəqarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycandamisli görünməmiş faciəyə gətirib çıxardı.
Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəfvə ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarındankeçərək şəhidlik zirvəsinə ucaldılar.