EN

İsrail-İran müharibəsi başlayır– Təl-Əviv Tehrana hücum qərarı verdi…

Image

Dünya İsrail və HƏMAS arasında atəşkəs barədə müzakirələr apardığı bir vaxtda yüksək səviyyəli avropalı diplomat İsrailin İranın nüvə obyektlərinə hücum etmək qərarı verdiyini iddia edib.

“İsrailin son bir neçə ayda Yaxın Şərqdə baş verən hadisələrdən sonra hücum etmək qərarı verdiyini düşünürük” – deyə adının açıqlanmasını istəməyən avropalı diplomat “Al Arabiya English” ə bildirib. 

Diplomat bildirib ki, İsrailin İranın nüvə obyektlərinə hücumunun tezliklə baş verəcəyinə inanmasalar da, ABŞ-ın yeni prezidenti Donald Tramp və onun komandası ilə mümkün hücumun qarşısını almaq üçün başqa yol olub-olmadığını müzakirə etməyə başlayıblar.

Digər tərəfdən, amerikalı analitiklər və bəzi diplomatlar ABŞ və ya İsrailin İranın nüvə obyektlərinə birbaşa hərbi müdaxilə ehtimalının hər zamankindən daha yüksək olduğunu, məsələnin diplomatik yolla həlli ehtimalının zəif olduğunu bildiriblər.

Xəbərdə İngiltərə, Fransa və Almaniyanın noyabr ayında ictimaiyyətə açıqlamadan Tehran administrasiyası ilə gizli görüş keçirdikləri bildirilən xəbərdə, üç Avropa ölkəsinin İranın uranın zənginləşdirilməsi ilə bağlı narahatlıqlarını dilə gətirdiyi və bu vəziyyətin geri dönüşü olmayan həddə yaxınlaşdığını bildiriblər.

“Al Arabiya” isə bu gün vəzifəsinin icrasına başlayacaq ABŞ-ın yeni prezidenti Donald Trampın qarşısında duran ən aktual xarici siyasət məsələlərindən birinin İranın nüvə proqramı olacağını yazıb. Trampın komandasına yaxın mənbələr İrana qarşı maksimum təzyiq kampaniyasının dərhal yenidən başlayacağını bildiriblər.

TAHİR





Chosen
12
50
baki-xeber.com

10Sources