EN

Dünya mediası 20 Yanvar faciəsi barədə nələr yazmışdı?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



1990-cı ildə 20 yanvar faciəsi Azərbaycanın paytaxtı Bakını dünya mediasının manşetinə çevirmişdi. ABŞ-nin "The New York Times" qəzeti yazmışdı ki, vaxtilə rus imperiyasının müstəmləkəsi olan Azərbaycan indi öz suveren və demokratik hüquqlarını bərpa edir. Öz azadlıq və müstəqilliyi uğrunda mübarizə aparır.
Bir neçə gün sonra "Şərqdəki dəyişimlər: Sovet İttifaqı. Şiddət - son sığınacaq. Silahlı Qüvvələr Moskvanın üzdəki hakimiyyətini xilas etməkdə" başlığı ilə "The New York Times" geniş məqalə yayıb. "The Washington Post" qəzeti Azərbaycandakı hadisələrin Mixail Qorbaçovun hakimiyyəti ələ aldığı 1985-ci il mart tarixindən bu tərəfə "ən ağır böhran" olduğunu xəbər edirdi.
"Los Angeles Times" qəzeti qeyd edir ki, bütün sərt maneələrə və təhlükəli nəzarətə baxmayaraq, qeyrətli insanlar şəhidlərin xatirəsinə layiq dəfn mərasiminin keçirilməsinə nail olublar. Böyük Britaniyanın "The Guardian" qəzeti 20 Yanvar hadisələri ilə bağlı analitik məqalədə qeyd edib ki, bu dəhşətli hərbi əməliyyat 70 illik imperiya əsarətindən qurtulmaq üçün ayağa qalxmış Azərbaycan xalqının imperiyanın qəlbində yaratdığı xofla bağlıdır.
"The Times" isə yazırdı ki, Azərbaycandakı hərbi əməliyyatdan 10 gün sonra Sovet rəhbərliyi daxilində ciddi ixtilafın olduğu üzə çıxıb. Bu isə Sovet quruluşunun təməl sütunlarının silkələnməsi deməkdir. "Financial Times" qəzeti vurğulamışdı ki, Azərbaycandakı hadisələrdən sonra M.Qorbaçovu hətta Rusiya millətçiləri də tənqid edirdilər. Qəzet yazır ki, onlar Sovet qoşunlarının Azərbaycandan çıxarılmasını tələb ediblər.
"Bakı sakinləri bir-birinin ardınca televiziya vasitəsilə öz tələblərini səsləndiriblər:
"Fövqəladə vəziyyəti aradan qaldırın və qoşunları şəhərimizdən çıxarın", - deyə Böyük Britaniyanın "Evening Standard" qəzetində dərc olunan yazıda qeyd olunub. "The Independent" qəzeti "Azərbaycanlılar Sovet ordusu ilə növbəti raunda hazırlaşır" başlıqlı yazı dərc edib.
"The Daily Telegraph" qeyd edib ki, Sovet hərbi dəniz donanması Azərbaycan paytaxtı Bakını blokadadan guya azad etmək adı altında yük gəmilərinə atəş açaraq batırıb. Sahildən artilleriya və tanklar da atışmaya dəstək verib.
Ətraflı Baku TV-nin süjetində:
Chosen
14
50
oxu.az

10Sources