Tramp ABŞ-nin bu ərazini nəzarətə götürəcəyini vəd etdi
ABŞ-nin 47-ci prezidenti Donald Tramp andiçmə mərasimi zamanı bir sıra vədlər verib. Metbuat.az xəbər verir ki, o bildirib ki, ABŞ Panama kanalına nəzarəti bərpa edəcək. Trampın iddiasına görə, kanal Çinin nəzarəti altındadır. Qeyd edək ki, Donald Tramp Danimarkanın nəzarətində olan Qrenlandiyanın da ABŞ-nin nəzarətinə keçməli olduğunu ifadə etmişdi.