Astma xəstəliyi üzrə şəhadətləndirilmə aparılarkən vətəndaşın əvvəllər keçirdiyi və yalnız ixtisaslaşmış səhiyyə müəssələrindən əldə olunan çıxarışlarda (stasionar xəstənin tibb kartasından çıxarış) diaqnozu göstərməklə sübut olunan xəstəlikləri əsas götürülür.
Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.
Son 3 il ərzində astma tutması halının olması barədə diaqnozun tam əsaslandırılmadığı hallarda vətəndaş “Xəstəliklər cədvəli”nin 48-ci maddəsinin “ç” bəndi ilə şəhadətləndirilir.