Vaşinqton, 21 yanvar, AZƏRTAC
Prezident Donald Tramp ABŞ-ın Paris İqlim Sazişindən çıxması prosedurunu rəsmi şəkildə başladan fərman imzalayıb.
AZƏRTAC-ın məlumatına görə, yeni and içmiş prezident fərmana “Capitol One Arena”dakı çıxışından sonra tərəfdarlarının qarşısında imza atıb.
Qeyd edək ki, Donald Tramp ilk prezidentliyi dövründə ABŞ-ı sözügedən sazişdən çıxarmışdı. Prezident Co Baydenin vəzifəyə başladığı ilk ildə ölkəsini yenidən sazişə daxil etmişdi.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton