EN

Azərbaycanda vəzifəli şəxsin qızı faciəli şəkildə öldü - FOTO

AzərbaycandaAzərbaycanın İşğaldan Azad Edilmiş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılovun qızı Zöhrə İsmayılovanı avtomobil vuraraq öldürüb.Hadisə yanvarın 20-də səhər saatlarında Mərdəkan-Zağulba avtomobil yolunun Buzovna qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.Yolu keçmək istəyən 40 yaşlı Zöhrə Faiq qızı İsmayılovanı avtomobil vurub. Sürücü yaralını 3 saylı Şəhər Kliniki Xəstəxanasına (Sabunçu xəstəxanası) çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.Ali təhsili Z.İsmayılova 4 nömrəli xüsusi internat məktəbində müəllimə işləyirmiş. Hadisə o, işə getmək üçün avtobus dayanacağına keçmək istəyən zaman baş verib.(Teleqraf.com)Z.İsmayılovanın 3 övladı var.Faktla bağlı araşdırma aparılır.Azərbaycanda

Chosen
3
37
yenisoz.az

10Sources