EN

Sahibkarla bağlı yenidən məhkəməyə müraciət edildi

Bakıda istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satmada təqsirləndirilən Həmidağa Quliyevin barəsindəki qərardan verilən kassasiya şikayəti verilib.


Pravda.az-ın əldə etdiyi xəbərə, şikayət Ali Məhkəmənin hakimi Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq.


Məhkəmənin hazırlıq iclası yanvarın 21-nə təyin edilib.


İttihama görə, Həmidağa Quliyev yem satışı sahəsində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. O, satdığı arpa yarmasının tərkibində tərkibinə xlorid turşusunda həll olmayan külün miqdarını standart normadan 2 dəfə artıq edib. Göstərilən səbəbdən heyvan orqanizminin kəskin arıqlamasına, mədə bağırsaq pozğunluğuna, sutkalıq verilən südün azalmasına və nəticədə heyvan ölümünə səbəb olub. 
 

Belə ki, həmin arpa yarmasını 2018-ci ilin sentyabr ayından 2019-cu ilin may ayına qədər 2 zərərçəkmiş Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq massivi ərazisində yerləşən heyvandarlıq təsərrüfatında saxlıdığı xırda və iri iribuynuzlu heyvanları üçün alıb. Sonra həmin heyvanlar ölüb. Zərərçəkmişlərə ümumilikdə 50 271 manat maddi ziyan dəyib.


Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, zərərçəkmişin apellyasiya şikayəti və dövlət ittihamçısının apellyasiya protesti təmin edilməyib. Lakin zərərçəkmiş şəxslərin apellyasiya şikayəti qismən təmin olunub. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 200.2.3-cü (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddəsi ilə elan olunmuş ittiham üzrə əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilməsinə dair Suraxanı Rayon Məhkəməsinin çıxardığı hökm ləğv edilib və ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilib. Həmidağa Quliyev barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin birinci instansiya məhkəməsi tərəfindən ləğv edilməsi nəzərə alınıb. Zərərçəkmiş şəxs-mülki iddiaçılar təqsirləndirilən şəxsə qarşı maddi və mənəvi zərərin və əldən çıxmış faydanın əvəzi qismində ümumilikdə 131 471 manat məbləğində vəsaitin tutulması barədə iddiası baxılmamış saxlanılıb.

 

Kamal Məmmədov 

Tarix: 21 Yanvar 2025, 11:15   
Chosen
8
pravda.az

1Sources