EN

İsveçrədə 55-ci Davos Dünya İqtisadi Forumu keçirilir

Dünya İqtisadi Forumunun növbəti illik toplantısı İsveçrənin Davos şəhərində işə başlayıb və 24 yanvar tarixinədək davam edəcək.

Sayca 55-ci olan Forum bu dəfə “Ağıllı əsr üçün əməkdaşlıq” devizi altında toplaşıb.

Hər il olduğu kimi illik yığıncaqda dövlət və hökumət başçıları, əsas beynəlxalq təşkilatlar və Forumun 1000 tərəfdaş şirkətinin nümayəndələri, vətəndaş cəmiyyəti təmsilçiləri, gənc liderlər, sosial sahibkarlar və media iştirak edir.

Forumda 5 əsas istiqamət üzrə müzakirələr təşkil olunur:

- İnkişafın yenidən dizayn edilməsi – Güclü və dayanıqlı iqtisadiyyatların qurulması üçün yeni inkişaf mənbələrini necə müəyyən edə bilərik?

- İntellektual əsrdə sənayelər - Biznes liderləri öz sənayelərinin transformasiyasında qısamüddətli məqsədlərlə uzunmüddətli imperativlər arasında tarazlığı necə əldə edə bilərlər?

- İnsan kapitalına investisiya - Dövlət və özəl sektor müasir və davamlı cəmiyyətin inkişafına töhfə verən insan kapitalının inkişafına və iş yerlərinin artmasına necə sərmayə qoya bilər?

- Planetin mühafizəsi - İnnovativ tərəfdaşlıqlar, artan maliyyələşdirmə və aparıcı texnologiyaların tətbiqi vasitəsilə enerji, iqlim və təbiət məqsədlərinə nail olmağı necə sürətləndirə bilərik?

- Etimadın bərpası - Getdikcə mürəkkəbləşən və sürətlə inkişaf edən dünyada cəmiyyətlər arasında dərinləşən fikir ayrılıqları, geosiyasi çoxqütblük və siyasi proteksionizmə doğru baş verən dəyişikliklər həm ticarətə, həm də investisiyalara mane olur. Maraqlı tərəflər həm beynəlxalq, həm də cəmiyyətlər daxilində əməkdaşlıq etmək üçün yeni həll yollarını necə tapa bilərlər?

Forum haqqında rəqəmlər

  • 230+ sessiya
  • 130-dan çox ölkədən 3000-ə yaxın iştirakçı
  • 100-dən çox ölkədən 60 dövlət başçısı ilə 350 ictimai xadim gözlənilir
  • 900-dən çox CEO və şirkət rəhbəri, 1600-ə yaxın biznes lideri

Forum çərçivəsində təşkil olunan müxtəlif sessiyaları canlı olaraq buradan izləmək olar: https://www.weforum.org/meetings/world-economic-forum-annual-meeting-2025/

Chosen
14
34
vergiler.az

10Sources