EN

Əfqan hakimiyyəti iki Amerika vətəndaşını ABŞ-dan olan bir əfqanla dəyişib

Taliban hərəkatının yaratdığı Əfqanıstan hökuməti Amerika vətəndaşlarını ABŞ-da ömürlük həbs cəzası çəkən əfqanla dəyişib.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bu barədə Əfqanıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Xan Məhəmməd adlı şəxsin təxminən iyirmi il əvvəl Əfqanıstanın Nanqarhar əyalətində amerikalılar tərəfindən saxlanıldığı bildirilir. O, Kaliforniyada ömürlük həbs cəzası çəkirdi və ona qarşı irəli sürülən ittihamların mahiyyəti açıqlanmırdı.

“Əfqanıstan bu mübadiləni problemin dialoq yolu ilə həllinin yaxşı nümunəsi hesab edir və bu prosesdə mühüm roluna görə Qətərə minnətdardır. Əmirlik ABŞ-ın iki ölkə arasında münasibətlərin normallaşmasına və inkişafına töhfə verən hərəkətlərinə müsbət yanaşır”, - deyə, məlumatda bildirilir.

Əl-Cəzirə telekanalının məlumatına görə, ABŞ iki Amerika vətəndaşını ekstradisiya edib. Onların arasında yaraqlılar tərəfindən əsir götürülən Rayan Korbett də olub. O, 2022-ci ilin avqustunda ezamiyyətdə olarkən həbs edilib.

Chosen
8
ikisahil.az

1Sources