Avropa oyanmalı və müdafiə qabiliyyətini gücləndirməlidir...
Poliqon Newsweek nəşrinə istinadən xəbər verir ki, bunu ABŞ-da prezident Donald Trampın hakimiyyətə gəlməsi fonunda Fransa prezidenti Emmanuel Makron ölkə ordusuna açıqlamasında deyib.
Siyasətçi qeyd edib ki, Amerika rəhbərliyində dəyişiklik Avropanın strateji oyanışı üçün fürsət ola bilər və Avropa ölkələrinin ABŞ-dan asılılığını azalda bilər.
Makron şübhə edir ki, Tramp ABŞ hərbi gəmilərini Aralıq dənizindən çıxaran fərman imzalayarsa və Vaşinqtonun diqqəti Sakit okeana yönələrsə, qitə özünü müdafiə edə bilər.
Fransa lideri həmçinin Avropa ölkələrini dünya səhnəsində dəyişikliklərə hazırlaşmağa çağırıb. O vurğulayıb ki, Avropa da Rusiya ilə gələcək sülh danışıqlarında öz mövqeyini gücləndirmək üçün Ukraynaya aktiv hərbi və maliyyə yardımına üstünlük verməlidir.
Qeyd edək ki, bundan əvvəl Makron Fransa ordusunu gücləndirmək üçün gənclərin səfərbər olunduğunu açıqlamışdı.
Poliqon.info