EN

Azərbaycanda iqtisadi fəaliyyət növləri və bölgələr üzrə statistik vahidlərin sayı açıqlanıb - SİYAHI

Bakı. Trend:

Ötən il ərzində Azərbaycanda statistik vahidlərin (fərdisahibkarlar istisna olmaqla) sayı 7,1 faiz artaraq 2025-ci ilyanvarın 1-i vəziyyətinə 212 705 olub.

Trend-inDövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, təkcə2024-cü il ərzində isə 14 865 yeni statistik vahid yaradılıb.

Ötən il ərzində 698 statistik vahid isə ləğv edilib.

Məlumat üçün qeyd edək ki, statistik vahidlər rəsmi statistikaüçün ilkin məlumatları təqdim edən, yaxud da statistiklərtərəfindən müşahidələrin aparılması, məlumatların toplanması vətəhlili üçün müəyyənləşdirilmiş hüquqi şəxslər (onlarınnümayəndəlik və filialları) və fiziki şəxslərdir.

Xüsusi mülkiyyətə aid olan statistik vahidlərin əsas hissəsi“Ticarət; nəqliyyat vasitələrinin təmiri” (33,6%), “Digər sahələrdəxidmətlərin göstərilməsi” (14,1%), “Tikinti” (9,1%), “Peşə, elmi vətexniki fəaliyyət” (7,5%), “Kənd təsərrüfatı, meşə təsərrüfatı vəbalıqçılıq” (6,3%), “Emal sənayesi” (6,2%) və “İnzibati və yardımçıxidmətlərin göstərilməsi” (5,7%) sahələrinin payına düşür.

Reyestrdə qeydiyyatdan keçmiş statistik vahidlərdən tam xariciinvestisiyalı və birgə müəssisələr əsasən Türkiyə (25,6%), İran(10,6%), Rusiya (8,0%), Böyük Britaniya (3,7%), ABŞ (1,5%) vəAlmaniya (1,1%) kimi ölkələrin sahibkarları tərəfindənyaradılıb.

2024-cü il ərzində ləğv edilmiş statistik vahidlərin 14,2 faizi“Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 11,6 faizi “Digərsahələrdə xidmətlərin göstərilməsi”, 11,5 faizi “Təhsil”, 11,3faizi “Peşə, elmi və texniki fəaliyyət”, 10,6 faizi “Dövlətidarəetməsi və müdafiə; sosial təminat”, 9,6 faizi “Maliyyə vəsığorta fəaliyyəti” sahələrinin, qalanları isə digər bölmələrinpayına düşür.

Bu dövrdə yeni yaradılmış statistik vahidlərin 39,8 faizi“Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 9,5 faizi “Peşə, elmi vətexniki fəaliyyət”, 8,2 faizi “Emal sənayesi”, 6,1 faizi “İnzibativə yardımçı xidmətlərin göstərilməsi”, 5,8 faizi “Tikinti”, 5,0faizi “Nəqliyyat və anbar təsərrüfatı” sahələrinin, qalanları isədigər bölmələrin payına düşür.

Hesabat dövründə qeydiyyatda olan statistik vahidlərin 66,1faizi Bakıda yerləşib. Dövr ərzində yeni yaradılmış statistikvahidlərin 77,8 faizi Bakıda, 7,2 faizi Abşeron-Xızı, 2,3 faiziQarabağ, 2,1 faizi Naxçıvan Muxtar Respublikası, qalanları isədigər iqtisadi rayonlarda qeydiyyata alınıblar.

Statistik vahidlərin yaradılması prosesi Şərqi Zəngəzur iqtisadirayonunda (12,9%), Naxçıvan Muxtar Respublikasında (10,5%), Bakışəhərində (8,2%), Abşeron-Xızı iqtisadi rayonunda (7,7%) və Qarabağiqtisadi rayonunda (6,4%) daha fəal olub.

Bu dövrdə Bakı şəhəri üzrə 327, Naxçıvan Muxtar Respublikasıüzrə 57, Abşeron-Xızı iqtisadi rayonu üzrə 50, Mərkəzi Araniqtisadi rayonu üzrə 42, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 37,Lənkəran-Astara iqtisadi rayonu üzrə 34, Gəncə-Daşkəsən iqtisadirayonu üzrə 30, Qazax-Tovuz iqtisadi rayonu üzrə 25, Qarabağ vəŞirvan-Salyan iqtisadi rayonlarının hər biri üzrə 20, Quba-Xaçmazvə Mil-Muğan iqtisadi rayonlarının hər biri üzrə 19, Dağlıq Şirvaniqtisadi rayonu üzrə 14 və Şərqi Zəngəzur iqtisadi rayonu üzrə 4statistik vahid ləğv edilib.

Qeyd edək ki, 2025-ci il yanvarın 1-i vəziyyətinə ölkədə mövcudolan mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin (fərdisahibkarlar istisna olmaqla) sayı Azərbaycan Respublikası NazirlərKabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilətəsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıqsubyektlərinin bölgüsü meyarları”na uyğun olaraq “işçilərin ortasiyahı sayı” və “illik gəlir” meyar göstəriciləri əsasında müəyyənedilib.

Chosen
15
az.trend.az

1Sources