EN

Davos-2025: Azərbaycan mövqelərini gücləndirir

İsveçrə, Davos. Qarla örtülmüş kiçik, amma dünyaca məşhur vəelitar şəhərin küçələri yenidən böyük ümidlərin və dərinnarahatlıqların meydanına çevrilib.

Dünən başlayaraq yanvarın 24-dək davam edəcək qlobal tədbirəənənəvi olaraq ev sahibliyi edən Davosdakı beynəlxalq iqtisadiforum dünya liderləri, biznes nəhəngləri və ictimai fikiradamlarının toplaşdığı bu şəhər artıq sadəcə qlobal dialoqunsimvolu deyil - forum bəşəriyyətin narahatlıqlarını əks etdirənaynaya çevrilib. Müharibələr, iqlim fəlakətləri, həm ümidlər vədedən, həm də böyük təhlükələr gətirən süni intellekt və əlbəttə ki,Donald Tramp.

Ağ Evə təntənəli şəkildə qayıdışı ilə müzakirələrin tonunu təyinedən və yeni suallar doğuran bir fiqur...

Artıq 55-ci dəfə keçirilən forum dünyanın sanki xroniki birqızdırma vəziyyətində olduğu bir dövrdə baş tutur. Ukraynada hərbiəməliyyatlar səngimir, Yaxın Şərq problemlərdən qurtulmur,ekosistem isə iqlim dəyişikliklərinin təzyiqi altında inildəyir.Fəqət bu qədər problemlərə baxmayaraq, Davos ümidsizlik yeri deyil.Burada bəzən utopiya kimi görünsə də, həll yolları axtarılır.

Donald Trampın andiçmə mərasimi forumun açılışı ilə üst-üstədüşdü və bu fakt gözardı edilə bilməzdi. Birləşmiş Ştatların dövlətbaşçısı forum iştirakçıları qarşısında onlayn çıxış edəcək və onunsözləri, şübhəsiz, peyğəmbərlik kimi təhlil ediləcək. Trampın AğEvə qayıdışı sadəcə siyasi bir hadisə deyil. Bu, xaotik populizmdövrünün nəinki bitmədiyini, hətta yeni bir nəfəs qazandığınıgöstərir.

Trampın proteksionizmi bərpa etmək, müttəfiqlərə və rəqiblərətəzyiqi artırmaq, eləcə də qlobal ticarət qaydalarını yenidənnəzərdən keçirmək vədləri biznes ictimaiyyəti üçün aydın səmaaltında ildırım effekti yaratdı.

Davos forumunun iştirakçıları Trampın yeni ticarətmüharibələrinin və iqtisadi millətçiliyinin qlobal iqtisadiyyatanecə təsir edəcəyini proqnozlaşdırmağa çalışırlar. İlkin təxminlərəgörə, onun siyasəti qlobal iqtisadi artımı 0,4% azalda bilər ki, buda artıq çətin dövr keçirən Almaniya və Çin kimi iqtisadiyyatlarüçün xüsusilə ağır olacaq.

Almaniya, Çin və inkişaf etməkdə olan digər iqtisadiyyatlarartıq Trampın ticarət siyasətindən potensial itkilərihesablayırlar. Eyni zamanda, investorlar yeni reallığa uyğunlaşmağaçalışırlar, burada ABŞ-nin prioritetləri yenidən qlobal ticarətbalansını dəyişə bilər.

"Trampın birinci prezidentlik dövrü ticarət və investisiyalarınartımına səbəb oldu, lakin indi vəziyyət daha mürəkkəbdir.Proteksionizm qlobal iqtisadiyyat üçün stimula deyil, əngələçevrilə bilər", - deyə Beynəlxalq İqtisadi Forumun (BİF) prezidentiBörge Brende qeyd etdi.

BİF-in icraçı direktoru Ceremi Yurgen hazırda iqtisadi artımanlayışını yenidən dərk etməyin hər zamankından daha vacib olduğunuxatırlatdı. “Bizə elə bir artım lazımdır ki, insanların rifahınıbirinci yerə qoysun. Bu, sadəcə ÜDM rəqəmləri deyil, bu, həyatkeyfiyyəti, bərabərsizliklə mübarizə və ekoloji çağırışlardır”, -deyə o bildirdi.

Bu ifadələr yeni dövrün manifesti kimi səslənir, burada iqtisadiuğur yalnız ixrac həcmləri və məhsuldarlıqla deyil, həm də dünyanınplanetə və onun üzərində yaşayan insanlara nə qədər diqqətyetirməsi ilə ölçülür.

Forumdan əvvəl qlobal risklər barədə hesabat yayımlandı və onunməzmunu ciddi düşüncələr doğurdu. Ekspertlər dövlətlərarası silahlımünaqişələri birinci yerə qoydular. Bu, sadəcə Ukrayna müharibəsideyil - bu, bütün dünya üçün narahatedici bir siqnaldır.Münaqişələrdən sonra həm zəngin, həm də kasıb ölkələrin əziyyətçəkdiyi ekstremal hava hadisələri və artan geo-iqtisadi qarşıdurmagəlir.

Risklərsə abstraksiya deyil - onlar artıq reallığa çevrilir.Davos isə bu problemləri tamamilə həll edə bilməsə də, ən azıonları anlamağa və cavablar axtarmağa başlamaq üçün birməkandır.

Forumun əsas mövzularından biri süni intellekt (Sİ) oldu. Artıqdünyanı dəyişdirən bu texnologiya milyonlarla yeni iş yerininyaranmasına səbəb olsa da, eyni zamanda bir çox peşənin sıradançıxmasına gətirib çıxarır. Davos bu məsələyə problem kimi deyil,çağırış kimi baxmağı təklif edir: insanları yenidən öyrətmək,uyğunlaşdırmaq və onlara yeni reallıqda öz yerlərini tapmağa köməketmək lazımdır.

Amerikalı Workday şirkətinin araşdırmasına əsasən, yaradıcılıq,empatiya və etik qərar qəbul etmə qabiliyyəti əmək bazarının əndəyərli bacarıqlarına çevriləcək. Fəqət hökumətlər və şirkətlər budəyişikliklərə hazırdırmı?

Dünya dəyişir və Davos-2025 həqiqət anıdır. Yeganə sual budur:bizdə bu çağırışları qəbul edib onları fürsətə çevirmək üçünkifayət qədər cəsarət varmı?

2025-ci il narahatlıq dolu qeyri-müəyyənlik dövrüdür. Qlobalmiqyasda parçalanmalar dərinləşir, geosiyasi alyansların yenidənqruplaşması yaşanır. İqtisadiyyatlar durğunluq, artan borc vəqlobal bərabərsizliklə mübarizə aparır.

Davosda keçirilən BİF siyasi və biznes liderləri bu qapalıdairədən çıxış yolu axtarmağa sövq edir. Forumun prezidenti BörgeBrende bu vəziyyəti bir ifadə ilə xülasə etdi: "Biz sononilliklərin ən mürəkkəb geosiyasi fonunda yaşayırıq".

ABŞ-də daxil olmaqla, bir sıra əsas ölkələrdə keçirilən seçkilərgöstərdi ki, seçicilər getdikcə ənənəvi elitalardan üz döndərərəkradikal dəyişikliklər vəd edənlərə üstünlük verirlər. Bu, dünyanınstatus-kvodan yorulduğuna dair aydın siqnaldır, lakin irəli gedənyol tapmaq, münaqişələri dərinləşdirmədən və beynəlxalq əməkdaşlıqmexanizmlərini dağıtmadan necə mümkündür?

Davos bu böhranların tamamilə həll edilə biləcəyi yer deyil,lakin ən azından, bu problemləri anlamaq və cavablar axtarmağabaşlamaq üçün bir meydandır. Ən çətin sualların müzakirə edildiyivə həll yollarının axtarıldığı bu forum, insanlığın öz tarixindəhansı istiqamətə gedəcəyini müəyyən edə biləcək.

55-ci Davos Beynəlxalq İqtisadi Forumu (BİF) bir daha dünyanındiqqətini cəmləşdirdi. 20-24 yanvar tarixlərində hökumətnümayəndələri, böyük korporasiyalar və vətəndaş cəmiyyətitəşkilatlarının liderləri ən mürəkkəb problemlərin həlli yollarınıtapmaq üçün İsveçrənin bu məşhur şəhərində toplaşdılar. Gündəlikdəqlobal iqtisadi artımın bərpası, iqlim dəyişikliyinin idarəolunması, texnoloji inqilabın təsirləri və qlobal münaqişələrinnəticələri kimi vacib məsələlər var.

Azərbaycan üçün bu forum yalnız beynəlxalq tədbir deyil; bu,ölkənin qlobal arenadakı mövqeyini gücləndirmək, investisiya cəlbetmək və strateji tərəfdaşlıqlar qurmaq üçün mühüm fürsətdir.

Forum beynəlxalq ictimaiyyəti sarsıtmağa davam edən münaqişələridə əhatə edir. Ukrayna prezidenti Volodimir Zelenski yenidən Davosagəlib. Eyni zamanda, Qəzza zolağındakı humanitar böhran və YaxınŞərqdə artan gərginlik də müzakirələrin mərkəzindədir.

BİF-in hesabatına əsasən, 2025-ci il üçün ən böyük qlobaltəhlükələr sırasında dövlətlərarası silahlı münaqişələr vəgeo-iqtisadi qarşıdurmalar ilk sıralarda yer alır. Bu, dünyasisteminin nə qədər parçalanmış olduğunu göstərir və iştirakçılarınüzərinə bu riskləri yumşaltmaq üçün real addımlar atmaq öhdəliyiqoyur.

Süni intellekt (Sİ) və avtomatlaşdırma texnologiyaları dünyanıkökündən dəyişdirir. Proqnozlara görə, 2030-cu ilə qədər butexnologiyalar 170 milyon yeni iş yeri yaradacaq, lakin eynizamanda 92 milyon mövcud peşəni sıradan çıxaracaq.

Davosda yalnız risklər deyil, həm də bu dəyişikliklərdən doğanimkanlar müzakirə olunur: təhsil sistemlərini necə uyğunlaşdırmaq,milyonlarla insanı yeni dövrün əmək bazarına uyğunlaşdırmaq üçünyenidən necə hazırlamaq olar?

BİF-in icraçı direktoru Ceremi Yurgen bu texnoloji inqilabınbəşəriyyət üçün böyük bir şans olduğunu vurğulayıb: “Texnologiyalardövrü bizdən yeni əməkdaşlıq səviyyəsini tələb edir. Bu, sadəcəiqtisadiyyat deyil - bu, insanlığın sağ qalması məsələsidir.”

Azərbaycan üçün Davos, qeyri-neft sektorlarının inkişafınıtəşviq etmək və beynəlxalq tərəfdaşlar cəlb etmək üçün nadir birplatformadır. Xüsusilə yaşıl enerji, tranzit potensialı vətexnoloji innovasiyalar sahələrində böyük perspektivlər var.

Yaşıl enerji Azərbaycan üçün strateji prioritetdir. Qarabağ vəŞərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl zona”ya çevrilməsihədəfi artıq beynəlxalq tərəfdaşların diqqətini çəkir. 2024-cü ildəAzərbaycan "ACWA Power" (Səudiyyə Ərəbistanı) və "Masdar" (BƏƏ) ilə700 MVt gücündə günəş və külək elektrik stansiyalarının tikintisiüzrə müqavilələr imzaladı. Davos-2025 bu layihələri təqdim etmək vəyeni investisiyaları cəlb etmək üçün ideal platformadır.

Eyni zamanda, Azərbaycanın tranzit potensialı ölkəni Avropa vəAsiya arasında əsas nəqliyyat dəhlizi halına gətirir. Orta Dəhlizüzərində yerləşməsi, Rusiyaya qarşı tətbiq edilən sanksiyalarfonunda strateji əhəmiyyətini daha da artırır. Proqnozlara görə,Azərbaycan tranzit gəlirlərini yaxın üç ildə 20% artıra bilər.Davos Çin, Qazaxıstan və Türkiyə kimi tərəfdaşlarla yenirazılaşmalar əldə etmək üçün əlverişli müzakirə mühitidir.

Azərbaycan üçün iqlim dəyişiklikləri ilə bağlı məsələlər həmstrateji, həm də iqtisadi baxımdan çox vacibdir. Xəzər dənizininsəviyyəsinin azalması, quraqlıq və torpaqların deqradasiyası kəndtəsərrüfatı sektoruna ciddi təsir göstərir.

Azərbaycanın Davosda iqlim dəyişiklikləri mövzusundamüzakirələrdə fəal iştirakı beynəlxalq təşkilatlarla əməkdaşlıqimkanlarını artırır. Yaşıl İqlim Fondundan (Green Climate Fund)vəsait cəlb etməklə meşələrin bərpası, su ehtiyatlarının idarəolunması kimi layihələr həyata keçirilə bilər.

Davos yalnız müzakirə yeri deyil, həm də Azərbaycan üçün özpotensialını dünya liderlərinə nümayiş etdirmək imkanıdır. Buforumda yaşıl enerji, tranzit və texnologiya sahələrindəirəliləyişlər təqdim etməklə yanaşı, ölkə öz geosiyasi və iqtisadimövqeyini daha da möhkəmləndirə bilər.

Davos-2025 Azərbaycan üçün həm beynəlxalq əməkdaşlıqplatforması, həm də strateji hədəfləri reallaşdırmaq üçün qapıdır.Bu qlobal tədbirdə irəli sürülən təşəbbüslər Azərbaycanın gələcəkinkişafına mühüm töhfələr verəcək.

Davos-2025 Azərbaycan üçün mühüm dönüş nöqtəsinə çevrilir. Bu,sadəcə dünya liderlərinin bir araya gəldiyi görüş deyil; enerji,logistika və texnologiya sahələrində əsas oyunçu kimi öz mövqeyinigücləndirmək üçün böyük fürsətdir. Milli maraqların irəli sürülməsivə strateji investisiyaların cəlb edilməsi bu platformadanuzunmüddətli inkişafa yönəlmiş bir katalizator kimi istifadə olunabilər.

Qlobal dəyişikliklər və qeyri-sabitlik dövründə Azərbaycangöstərir ki, hətta nisbətən kiçik bir ölkə belə, dünya arenasındamühüm rol oynaya bilər. Bunun üçün adaptasiya, inkişaf və gələcəyəbaxış qabiliyyəti kifayət edir. Davos yalnız müzakirələr aparmaqüçün bir məkan deyil; bu, ambisiyaları reallığa çevirmək üçün böyükbir imkandır.

Qlobal münaqişələr fonunda Azərbaycan öz sülhməramlıqabiliyyətini nümayiş etdirir. Qarabağın uğurla reinteqrasiyası,dağıdılmış infrastrukturun bərpası və sülh təşəbbüslərinin irəlisürülməsi bir çoxları üçün nümunə olub. Ukraynaya humanitar yardımgöstərilməsi və ya münaqişədən təsirlənmiş bölgələrin bərpasındaiştirak kimi vasitəçilik missiyalarına qatılmaq Azərbaycanınbeynəlxalq siyasətdəki mövqeyini daha da gücləndirə bilər.

Diplomatiya ilə yanaşı, enerji təhlükəsizliyində də Azərbaycanınmövqeyi getdikcə güclənir. 2024-cü ildə 12 milyard kubmetr qazixrac edən Cənub Qaz Dəhlizi (CQD), Avropa İttifaqının Rusiyaenerji mənbələrindən asılılığını azaltmaq üçün əsas alətə çevrilib.Davosda müzakirə edilən yeni razılaşmalar, qaz təchizatınıartırmaqla yanaşı, ixrac coğrafiyasını genişləndirə bilər ki, bu daAzərbaycanı Avropa üçün əvəzolunmaz tərəfdaşa çevirəcək.

Bundan əlavə, Davos inkişaf etməkdə olan Asiya və Afrikaölkələrinin liderləri ilə əməkdaşlığın genişləndirilməsi üçünunikal bir imkan təqdim edir. 2024-cü ildə artıq İndoneziya vəPakistan ilə kənd təsərrüfatı məhsullarının tədarükü haqqındamüqavilələr imzalanıb. Davos Azərbaycanın etibarlı ixracatçımövqeyini gücləndirə biləcək yeni müqavilələr üçün danışıqlaraparmaq üçün ideal platformadır.

BİF-in məlumatına görə, ekstremal hava şəraiti və iqlimdəyişikliyi 2025-ci ilin əsas qlobal təhdidlərindən biridir.Quraqlıq və səhralaşmanın kənd təsərrüfatı istehsalına təhlükəyaratdığı Azərbaycanda bu məsələlər xüsusilə aktuallıq kəsbedir.

Davos iqlim layihələrinin həyata keçirilməsi üçün beynəlxalqinvestisiyaların cəlb edilməsinə unikal imkan yaradır. Yaşıl İqlimFondundan (Green Climate Fund) maliyyə resurslarının cəlb edilməsiQarabağ və Şirvan regionlarında meşələrin bərpası və suehtiyatlarının idarə olunması layihələrini reallaşdırmağa kömək edəbilər.

Eyni zamanda, Azərbaycan Xəzər dənizinin ekosisteminin qorunmasıvə transsərhəd su ehtiyatlarının idarə olunması kimi regionalekoloji təşəbbüslərdə əsas rol oynaya bilər. Bu, ölkənin ekolojisahədə cavabdeh və aktiv bir oyunçu kimi beynəlxalq nüfuzunugücləndirəcək.

Davos yalnız müzakirə meydanı deyil, həm də Azərbaycan üçün özpotensialını nümayiş etdirmək və beynəlxalq tərəfdaşlıq əlaqələrinigenişləndirmək üçün bir imkandır. Yaşıl enerji, tranzit vətexnologiyalar sahəsindəki nailiyyətlərin vurğulanması Azərbaycanınbeynəlxalq arenada daha güclü mövqeyə sahib olmasına xidmətedir.

Azərbaycanın Davos-2025-də fəal iştirakı, qlobal əməkdaşlıqplatformasına çevrilərək, ölkənin strateji hədəflərinin reallaşmasıüçün mühüm bir qapı açır. Bu forumda irəli sürülən təşəbbüsləryalnız Azərbaycanın iqtisadi inkişafına deyil, həm də beynəlxalqmövqeyinin güclənməsinə töhfə verəcək.

Davos Forumu təkcə geosiyasi və iqtisadi məsələlərin müzakirəolunduğu bir platforma deyil, həm də Azərbaycanın zəngin mədəniirsini dünyaya təqdim etmək üçün əvəzsiz bir fürsətdir. Milliincəsənət, musiqi, mətbəx və digər ənənələrin nümayiş etdirilməsi,ölkənin beynəlxalq arenada müsbət imicinin formalaşmasına xidmətedir.

Bu cür təşəbbüslər təkcə diplomatik əlaqələri gücləndirməkləkifayətlənmir, həm də Azərbaycanı mədəni və turizm mərkəzi kimitanıdaraq onun cazibədarlığını artırır. Qarabağın bərpası fonundaqədim Azərbaycan mədəniyyətinin dirçəlişi və dünyaya tanıdılması,ölkənin regional lider kimi mövqeyini daha da möhkəmləndirir.

Davos-2025 Azərbaycan üçün yalnız sürətlə dəyişən qlobal şəraitəuyğunlaşmaq deyil, həm də bu şəraitdən öz mövqelərini gücləndirməküçün istifadə etmək imkanıdır. Enerji liderliyi, ekolojiməsuliyyət, Qarabağın uğurlu inteqrasiyası və Asiya, Afrika vəAvropa ilə tərəfdaşlıqların genişləndirilməsi uzunmüddətli uğurüçün möhkəm təməl yaradır.

Azərbaycan bu platformadan istifadə edərək, etibarlı tərəfdaş vəregional lider kimi özünü təqdim etməyə tam hazırdır. Bu ölkəyalnız öz problemlərini həll etməklə kifayətlənmir, həm də qlobalsabitlik və rifah üçün töhfə verməyə qadir olduğunu göstərir.

Davos 2025 Azərbaycan üçün qlobal dəyişikliklər dövründə dünyayarəhbərlik etməyə hazır olduğunu nümayiş etdirmək imkanıdır.

Chosen
11
44
az.trend.az

10Sources