EN

Spiker: Ermənistan Aİİ-dən çıxmağı planlaşdırmır

Ermənistan Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmağı planlaşdırmır, çünki bu təşkilatda iştirak iqtisadi faydalar gətirir.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu parlamentin spikeri Alen Simonyan deyib.

"Aİİ Ermənistan üçün iqtisadi baxımdan faydalı strukturdur. Təşkilatdan çıxmaq üçün hər hansı planımız yoxdur, biz iştirakı davam etdirmək niyyətindəyik", - o qeyd edib.

Chosen
9
1
report.az

2Sources