EN

Masazırda torpaqları kim zəbt edib?

Əslən Laçın rayonundan olan iş adamı Kamal Məmişov dövlət torpaqlarının zəbtini davam etdirir. Uzun illərdir ki, dövlət torpaqlarına qənim kəsilən Kamal Məmişov, bu günə qədər hektarlarla dövlət torpağını dədə-baba malı kimi sataraq bundan yüz min manatlarla qanunsuz vəsait əldə edib. Məsələ ilə bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, Kamal Məmişova bu işdə dəstək verən əsas simalardan biri isə Abşeron rayonu Masazır icra nümayəndəsi Şahlar Həsənovdur.

Şahlar Həsənovun himayəsinə sığınan Kamal Məmişov zəbt etdiyi torpaqların bir hissəsində nəhəng fermer təsərrüfatı qurub, böyük otlaq sahələri ələ keçirib. Sonrakı dövrlərdə Kənd Təsərrüfatı təyinatlı bu torpaqlaırn böyük bir qismi Kamal Məmişov tərəfindən müxtəlif adamlara satılıb və bu ərazilərdə Şahlar Həsənovun “xeyir-duası” ilə onlarla ev inşa edilib. Kamal Məmişov bu günə qədər bir neçə dəfə məhkəməyə verilsə də, zəbt etdiyi torpaq sahələrinin bir qarışını belə dövlətə qaytarmayıb. Bu gün də Şahlar Həsənov və Kamal Məmişov tərəfindən dövlət torpaqlarının zəbti və satışı prosesi davam edir. Kamal Məmişov və Şahlar Həsənov “alan razı, verən razı” prinsipi ilə çalışmaqdadır. İtirən isə dövlət, onun büdcəsidir.

Qeyd edək ki, Kamal Məmişov vergidən yayındığı üçün Masazır bələdiyyəsi tərəfindən də məhkəməyə verilib. Məhkəmə prosesinin yanvarın sonuna kimi yekunlaşacağı gözlənilir.

Chosen
11
2
xalq.az

3Sources