Avropa İttifaqında (Aİ) 2024-cü ilin dekabr ayında avtomobil satışları 5,1% artıb.
Banco.az xəbər verir ki, bu barədə Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) məlumat yayıb.
Aİ ölkələrində qeydiyyata alınan yeni minik avtomobillərinin sayı 2023-cü ilin dekabrında olan 866 720 ədədə qarşı 910 505 ədəd təşkil edib.
Fransada satışlar 1,5%, İspaniyada 28,8% artıb. Bununla belə, İtaliyada satışlar 4,9%, Almaniyada isə 7,1% azalıb.
Avropa İttifaqında elektriklə işləyən avtomobillərin satışı 10,2% azalaraq 144 367 ədəd təşkil edib. Belə avtomobillərin ümumi satışlarda payı bir il əvvəlki 18,5%-dən 15,9%-ə düşüb.