Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları qalmaqallı həbs həyata keçiriblər. UNİAN-nın yaydığı məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin(SBU) baş psixiatrı saxlanılıb. O, Rusiya Federasiyasının Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibə zamanı Kiyev vilayətində və Odessada daşınmaz əmlaklar əldə etməkdə və 1 milyon dollardan çox varlanmaqda şübhəli bilinir.
Ukrayna Silahlı Qüvvələrinin mətbuat xidmətinin əməkdaşları isə Telegramda paylaşım edərək yazıblar ki, xüsusi xidmət orqanı əməkdaşları baş psixiatrımüdafiə naziri və Silahlı Qüvvələrin Ali Baş Komandanının köməyi ilə nəzarətə götürə biliblər.
Qeyd edilib ki, o, həm də Mərkəzi Hərbi Komissiya sədrinin müavinidir və hərbi qulluqçuların xidmətə yararlılığı barədə qərar qəbul edir: "İstintaq müəyyən edib ki, məmur rusların genişmiqyaslı işğalı başlayandan xeyli zənginləşib".
Tural Tağıyev
AzVision.az