EN

Azərbaycanda ilk dəmir yolunun açılışından 145 il ötür - FOTO

Azərbaycanda ilk dəmir yolunun açılışından 145 il ötür.

Redaktor.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

Bildirilib ki, 1880-ci il yanvarın 20-də Bakı–Sabunçu–Suraxanı dəmir yolunun təntənəli açılışı olub. Bu xətt neft daşımaları üçün nəzərdə tutulsa da, bir müddət sonra eyni marşrutla sərnişinlərin daşınmasına başlanılıb.

Qeyd edilib ki, 145 illik tarixi boyunca Azərbaycanın dəmir yolları böyük inkişaf yolu keçərək beynəlxalq nəqliyyat dəhlizlərinin əsas hissəsinə çevrilib.

 

Chosen
9
15
redaktor.az

10Sources